Your Cart

Bir saat əlavə yuxu aclığı azaldır və arıqlamağa kömək edir

Heç bir pəhriz saxlamadan arıqlaya bilərsiniz. Bunu etmək üçün hər gün yataqda daha çox, təxminən bir saat artıq vaxt sərf etməlisiniz.

Orqanik.az oxu.az-a istinadən bildirir ki, bu nəticəyə Çikaqo Tibb Universiteti alimləri gəlib.

Yuxunun Tədqiqi Mərkəzinin ekspertləri çəkiləri 80 kilo civarında olan könüllülərin cəlb olunduğu klinik sınaq keçiriblər.

Tədqiqatın nəticələri Amerika Elmlər Akademiyasının Daxili Xəstəliklər Jurnalında dərc olunub.

Yataqda daha çox vaxt keçirən könüllülər (orta hesabla 6.5 saat) daha az aclıq yaşayıb və beləliklə də, gündəlik qəbul etdikləri müntəzəm kalori miqdarını orta hesabla 270 kkal azalda biliblər.

Eksperimentə 20-40 yaş arası 80 nəfər qatılıb.

Tədqiqat müəllifləri qeyd ediblər ki, keyfiyyətli yuxu arıqlamaq üçün sağlam qidalanma qədər vacibdir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Free Worldwide shipping

On all orders above $50

Easy 30 days returns

30 days money back guarantee

International Warranty

Offered in the country of usage

100% Secure Checkout

PayPal / MasterCard / Visa