Bir qaşıq alma sirkəsinin xeyri saymaqla bitmir. Etdiyimiz idman növün təsirini artırır, çəkini azaldır, dəridəki sızanaqları müalicə edir, şəkərli qidaları yemək istəyinizi azaldır, saçların parlaq görünməsini təmin edir, hıçqırmanın da qarşısını alır.
Deyerler.org-un verdiyi xəbərinə görə, bir stəkan suyun içinə əlavə olunan bir çay qaşığı sirkə bir çox dərdin dərmanıdır. Daily Mail qəzetində dərc olunan bir araşdırmada, mütəxəssislər alma sirkəsinin faydalarını belə sadalayıblar.
İdman etdikdən sonra içdiyiniz suyun içinə bir çay qaşığı alma sirkəsi əlavə etdiyiniz təqdirdə, hiss etdiyiniz yorğunluq azalacaq. Çünki sirkənin içindəki amin turşuları orqanizmdə yığılan və yorğunluğa səbəb olan laksit turşunun əleyhinə təsir edir.
Əgər həzm probleminiz varsa, bir qədər suyun içinə iki çay qaşığı alma sirkəsi və 1 xörək qaşığı təzə zəncəfil əlavə edərək, o suyu için. Qarnınızı rahatlaşdıracaq.
Hıçqırığınız dayanmırsa, çox güclü dada malik alma sirkəsindən bir çay qaşığı için və müsbət təsirini görəcəksiniz.
Pis nəfəs qoxusunu aradan qaldırmaq üçün bir çay qaşığı sirkə əlavə etdiyiniz su ilə 10 saniyə qarqara edin.
Saçlarınızın parlaq görünməsini istəyirsinizsə, son yaxalama suyuna bir az sirkə əlavə edin.
Sirkə diş təmizliyinə də müsbət təsir edir. Hər səhər alma sirkəsi əlavə edilən su ilə qarqara etsəniz dişlərinizdəki ləkələr azalacaq.
Sirkə dəri təmizləmək üçün istifadə edilir, qara nöqtələrin formalaşmasının da qarşısını alır.
Orqanik.az