Beyinin alın payının şişləri

Alın payının şişləri törəmənin yerləşdiyi yerdən asılı olaraq müxtəlif əlamətlərlə özünü biruzə verir.Bu əlamətlərə aiddir:
– psixi dəyişikliklər
– epileptik tutmalar
– afaziya
– hərəki pozğunluqlar
Beyinin digər nahiyəsində yerləşən şişlərdən fərqli olaraq alın payının şişləri tez və kəskin şəkildə meydana çıxır.Alın payının şişləri xəstələrdə lənglik,süstkük,əzginlik,əsəbilik,depressiya kimi əlamətlərlə xəstələrdə narahatçılıqlara səbəb olur.Alın payının şişləri zamanı xəstələrdə diqqət zəifliyir,onlarda fikirləri ümumiləşdirmək qabiliyyəti olmur.Bu xəstələr bir mövzu haqqında fikir yürüdə bilmirlər.Xəstəliyin son mərhələsində əqli qabiliyətin azalması daha çox qabarır,xəstələr vəziyyətin ağırlığını dərk etmirlər.Onlarda pintilik və çanaq üzvlərinin funksiyasını dərk etməmək baş verir.Belə xəstələrdə bəzən eyforik əhval ruhiyyə olur,onlar şit zarafat edir,səfehlik göstərirlər.Alın payında şiş olan xəstələrin 50%-də epileptik tutmalar müşahidə edilir.
Şiş alın payının arxa hissəsində yerləşdikdə başı sağa və sola çevirən zaman tonik və klonik qıcolmalar qeyd edilir.
İri ölçülü şişlər zamanı xəstələr çarpayıda sərbəst otura bilmir.Bu zaman hərəki pozulmalar artır,xəstələrdə hərəkət və mimikanın yoxsulluğu,hərəkət təşəbbüsünün olmaması,əzələ gərginliyi müşahidə edilir.Belə xəstələr səbəbsiz yerə gülür və ağlayır.
Alın payının əsasında yerləşən şişlər xəstələrin iybilmə qabiliyyətinin itməsinə səbəb olur.Arxa payda yerləşən şişlər isə görmə qabiliyyətinin pozulmasına gətirib çıxarır.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.