Beyin iflicinə qarşı ümidverici texnikaÇinli alimləri yeni yaradılan bir texnika ilə beyin iflicinin bədən üzvlərində yaratdığı ziyanın ciddi şəkildə yaxşılaşdırıla bildiyini söylədilər.
Çində yeni yaradılan sinir transferi texnikası ilə, tibbdə spastik hemipleji olaraq adlandırılan beyin iflicinin səbəb olduğu qol ifliclərində, həddindən artıq sıxılmaların azaldıldığı və qol funksiyasının yaxşılaşdırıldığı qeyd edildi.
Araşdırmada, iflic olmayan tərəfdən iflic olan qolun olduğu tərəfə C7 siniri transferi edildiyində, iflic qolda 12 aylıq bərpa müddətində bərabər şəkildə yaxşılaşmaların müşahidə edildiyi deyildi. Şanqay Huaşan Hastenesində bir əl cərrahı olan Mou-Sionq Cenq və qrupu, bərabər tərəfli beyin yarım kürələri və iflic əl arasında fizioloji bir əlaqə yaratdıqlarını ifadə etdi.
Cenq və qrupu təxminən 5 il ərzində 12 ilə 45 yaş arasındakı 36 spastik hemipleji xəstəsi üzərində işlədi. Xəstələrin yarısına bərpa ilə yanaşı C7 siniri transferi edildi, digər yarısı isə yalnız standart bərpa müalicəsi aldı. Diabet və ya ürək xəstəliyi kimi sistematik xəstəliyi olan xəstələr işə daxil edilmədi. 12 ay sonra nəticələri analiz edən araşdırmaçılar, əməliyyat edilən və sinir nəqli edilən xəstələrin, standart bərpa müalicəsi alan xəstələrdən çox daha yaxşı nəticələrə sahib olduğunu gördü.
Əməliyyatla C7 sinir hüceyrəsi transfer edilən 18 xəstədən 16-ı 12 ay ərzində iflic əllərilə üç və ya daha çox təməl hərəkəti edə biləcək hala gəldi. Yalnız standart bərpa müalicəsi alan digər 18 xəstənin isə 7 nəfəri iki təməl hərəkəti, 3 nəfər bir təməl hərəkəti edə bildi; 8 nəfər isə 12 ay sonunda heç bir təməl hərəkəti reallaşdıra bilmədi.
Orqanik.az