Bədəndə yığılmış antibiotikləri məhv edən At südü

At südü: – Keçi, inək və ya qoyun südündən daha faydalı olduğunu bilirdinizmi? At südü içmək olarmı? Burada sizin üçün at südünün bilinməyən faydalarını araşdırdıq…

Xalq arasında ‘kımız’ kimi tanınan at südünün sağlamlığa çoxlu faydaları var. Elmi araşdırmalar nəticəsində türk tarixində xüsusi yeri olan at südünün inək südündən daha qidalı olduğu üzə çıxıb. At südü A, B2, B6, B12, C, E vitaminləri ilə yanaşı, dəmir, kalium, maqnezium və kalsium mineralları ilə də zəngindir. Eyni zamanda, ana südü ilə oxşar xüsusiyyətlərə malik olan at südü, bir çox faydalı bakteriya və virus antikorları ilə zəngin olan bir süd növüdür.

At südünün bilinməyən faydaları:

  • Qıcıqlanmış bağırsaq sindromu: Şiddətli ishal və nəcisdə qan. Bu sindroma erkən diaqnoz qoyulmadıqda, zərərli bakteriyalar yoğun bağırsaqda ciddi deformasiyalara səbəb olur. Mütəxəssislər bu sindromun müalicəsi zamanı zərərli hüceyrələrin təsirini azaltmaq üçün at südünün faydalı qida olduğunu vurğulayırlar.
  • Ən çox rast gəlinən dəri problemi olan ekzemanı azaltmağa kömək edən təbii üsullardan biridir. Aloe vera yarpağı geli və at südünü qarışdırıb gündə bir dəfə ekzema olan bölgəyə çəkə bilərsiniz.
  • İnək südündən fərqli olaraq təbii antibakterial tərkibi sayəsində ömrü daha uzun olur. Tərkibindəki antikorlar, albumin və qlobulin, yüksək keyfiyyətli doymamış yağ turşuları immuniteti gücləndirir.
  • Laktoza allergiyası olan insanların rahatlıqla istehlak edə biləcəyi süddür. Tərkibindəki təbii şəkər qanda insulinin miqdarına təsir etmədiyi üçün diabet xəstələrinin onu istehlak etməsi təhlükəsizdir.
  • At südü bədəni sərbəst radikal bakteriyalardan təmizləyə bilər. Beləliklə, bədəni xərçəngdən qoruyan təsirli təbii üsullardan biridir.

At südünü ən çox kimlər içir

Orta Asiya ölkələri, Qazaxıstan və Qırğızıstanda çox içilən at südü hətta marketlərdə də bizdə inək südü satıldığı kimi satılır. O xalqlar bü südü faydasına görə ana südündən sonra ikinci yerdə görür.

At yeganə heyvandır ki, hər otu yemir, hər suyu içmir.  Atın südü Avropa ölkələrində də satılır. O, mikroelementlərlə zəngin süddür. Qazaxlar ondan dərman kimi istifadə edir.

Heç də ucuz olmayan bu süd insan orqanizmində müalicələrdən sonra yığılıb qalmış antibiotik qalığını tamamilə məhv edir. İndki dövrdə orqanik olmayan toyuq əti, yumurta və digər məhsullarla orqanizm antibiotiklərlə çirklənir. Heç bir süd antibiotikə təsir etmir. At südü bu baxımdan dəvə südündən də güclüdür.

Azərbaycanda daha çox uşaqların müalicəsində eşşək südü axtarılır. Amma əgər uşaq 1 stəkan at südü içsə o sanki sağlamlıq eliksiri içmiş sayılır.

Azərbaycanda at fermaları və at saxlayanlar var. At südünü əldə etmək üçün onlara müraciət etmək olar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.