Bir çox xanım üzünə evdə xüsusi baxımlar edir. Bəzən nəyin düz, nəyin yanlış olduğunu bilmirik.
Orqanik.az Axşam.az-a istinadən baxım zamanı etdiyimiz yanlışları təqdim edir:
Üzdə bir neçə saat qalması məsləhət olunan kremləri və ya makiyaj vasitələrini bütün gün yumamaq yaşlanmanı tezləşdirir. Bu, dərini tez yaşlandırır, səpki əmələ gətirir, qara nöqtələrin yaranmasına gətirib çıxarır.
Günəşdən qoruyan kremləri təkcə yayda yox, qışda da istifadə edin. Günəşdən gələn zərərli ultrabənövşəyi şüların dəriyə toxunması ziyandır.
Dəri təmizliyi ən çox diqqət etməli olduğunuz baxımdır. Gecə dəriyə yığılan kiri təmizləmədən yatmayın. Eyni zamanda səhər yuxudan oyananda dərinizi yumağı, gellə təmizləməyi unutmayın.
Dərini yeniləmək üçün pilinq önəmli bir prosedurlardandır. Amma bunu da çox etmək, dəriyə zərərdir. Buna görə də evdə belə pilinq etsəniz, bunu həftədə 2 dəfədən çox etməyin.
Üzə maska çəkərkən ancaq üz hissəsinə etməyin. Boyun və dekolte hissəsinə də çəkməyi unutmayın.
Orqanik.az