Baş-boyun ağrısı, miqreni olanlar bunları yeməsin!

Mütəmadi baş ağrısı, boyun ağrısı, miqreni olanlara bir neçə ərzaq əks göstərişdir.

Orqanik.az bakupost-a istinadən xəbər verir ki, dietoloq həkim Yelena Solomatina istənilən növ başağrısında hisə verilmiş məhsullar- kolbasa, sosis və alkoqolun yolverilməz olduğunu deyib.
Başda ağrılar təkcə spazm, boyun və damarlardan olmaya da bilər. Emosional gərginlikdə, yorğunluq və yuxusuzluq, stresdən də baş ağrısı olur.

Eləcə də yüksək təzyiqdən baş ağrıya bilər. Duzlu, şoraba, marinadlar, kolbasa, hisə verilmiş pendir, ət, spirtli içki ağrının artmasına səbəb olur, xəstə özünü daha da pis hiss edir.

Pendir, şokolad, bəzi konfetlər ağrı vəziyyətini daha da qıcıqlandırır.

Baş ağrısından xilas olmaq üçün təmiz havada gəzmək, yaxşı yatmaq, sakit olmaz, bitki çayı içmək, masaj etmək lazımdır.
Toyuq, quş əti, B qrup vitaminləri vacibdir.

Dərmanlara çox da aludə olmayın.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.