Baş ağrısını azaldan bilmədiyiniz 5 üsul

Baş ağrısı ən yayılmış şikayətlərdən biridir. Başınız ağrıyırsa dərhal dərman qəbul etməyin.

Ağrıkəsici dərmanların tez-tez istifadəsi çox ziyanlı və təhlükəlidir. Bəzi çox sadə üsullar baş ağrısını azaltmağa kömək edir. Orqanik.az sizə bu üsulları təqdim edir:

1. İsti duş qəbul edin

Baş ağrısının səbəbi bir çox hallarda boyun və çiyin əzələlərinin sıxılmasıdır. İsti duş əzələlərin sıxılmasını aradan qaldırır və bu da baş ağrısını azaldır.

2. Çay için

Çay bütün digər faydalı xüsusiyyətlərlə yanaşı yüngül ağrıkəsici xüsusiyyətə də malikdir. Baş ağrısının ilkin mərhələlərində 1 fincan təzə dəmlənmiş çay için.

3. Qulaqlarınızı massaj edin

Əllərinizlə qulaqlarınızı 1-2 dəqiqə ərzində yüngül sürtün.

4. Aromaterapiyadan istifadə edin

Nanə, şokolad, portağal, qızılgül və bir çox digər qoxular baş ağrısını azaldır.

5. Sevdiyiniz insanı qucaqlayın

Araşdırmalar göstərib ki, qucaqlaşmaq orqanizmdə oksitosin hormonunun ifrazını artırır. Bu hormon sakitləşdirir və ağrıları azaldır.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.