Bu qayda ilə tez və asan arıqlayacaqsınız

Müasir diyetoloqlar arıqlamaq üçün yeni qayda təqdim edirlər. Bu “stəkan qaydasıdır”.

Bu pəhizdə heç bir məhdudiyyətlər yoxdur və insan istənilən yeməkləri yeyə bilər. Lakin 2 qaydaya əməl edilməlidir:

1. Gün ərzində 3-4 dəfə yemək yemək lazımdır. Hər dəfə 1 stəkana yerləşdirdiyi qədər yemək yemək olar. “Atıştırmalıq” (peçenye, çips, konfet və s.) qadağandır.  Son qida qəbulu yatmazdan ən azı 2 saat əvvəl olmalıdır. Bu 1 stəkan kefir və ya qatıq ola bilər. Qatığa 1 çimdik darçın əlavə etmək olar. Darçın ən effektli “piy yandıran” ədviyyat sayılır və bir çox diyetoloqlar darçını öz pəhrizlərinə daxil edirlər.  

2. Orqanik.az xarici KİV-lərə istinadla xəbər verir ki, pəhriz zamanı yalnız su və çay (qara və yaşıl çay, ot çayları) içilməlidir.  Şirin qazlı içkilər qadağandır. Yeməkdən 15 dəqiqə əvvəl hər dəfə 1 stəkan otaq temperaturunda olan su içilməlidir. Bu daha az yemək yeməyə kömək edir və həmçinin metabolizmi sürətləndirir.  

Diyetoloqların müşahidələrinə görə, belə qidalanma çox komfortlu şəkildə arıqlamağa kömək edir. 

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.