Barmaqların keyiməsi insulta işarədir?

Əl-ayaq barmaqlarında hissiyatın azalması, uyuşma, keyimə beyin qan dövranı pozulması və insultun ola biləcəyi ehtimalını artırır.

Orqanik.az xəbər verir ki, bu barədə Çin həkimləri məlumat verib.

Onlar müəyyən edib ki, insultun xarakterik simptomlarından biri də barmaqların uclarının rəng dəyişməsi, avazıması və barmaqların hərəkətliliyinin azalması, hissiyatının itməsidir.

Bu zaman insan mütləq nevroloq və beyin həkiminə müraciət etməli,özbaşına tədbirlər görməməlidir.

Eləcə də barmaqlarda yerləşən damarların – istər vena, istər kapilyar şişib qabarması da yüksək təzyiq və beyində təhlükənin xəbərçisi ola bilər.

Mütəxəssislər insanları öz barmaqlarına diqqətli yanaşmağı tövsiyə edir.

Profilaktika məqsədilə təzyiqi aşağı salmaq, müalicə almaq, vitamin və zülalla zəngin qidalar yemək, göyərti və yaşıl tərəvəzləri artırmaq lazımdır. /Orqanik.az

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.