Banan təzyiqi salmağa kömək edir – Kardioloq

Banan yemək yüksək təzyiqi sabitləməyə təsir edir.

Orqanik.az bakupost-a istinadən xəbər verir ki, həkim kardioloq Brittani Dan gündəlik rasiona banan daxil edilməsinin arterial təzyiqə yaxşı təsir etdiyini açıqlayıb.

Bu meyvədə çoxlu elektrolitlər – kaliy və maqniy var. Sutka ərzində normal miqdarda elektrolit orqanizmə daxil olduqda, maye və qan miqdarı balansı qorunur.

Bu da təzyiqi normal saxlamağa kömək edir. Əgər təzyiq xəstələri gündə 2 ədəd banan yesə, təzyiqi bir neçə rəqəm aşağı düşər.
Bir bananda 422 mq kaliy var. Bu isə sutkalıq normanın 20%-dir.

Amma bananla yanaşı çox duz, duzlu qida qəbul etmək əksinə təzyiqi qaldırır.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.