41 yaşlı Britaniya sakini nadir xəstəlikdən əziyyət çəkir. Bu xəstəlik balıq qoxusu sindromu adlanır.
Orqanik.az bakupost-a istinadən xəbər verir ki, Kelli Fido adlı qadında rəsmən trimetilaminuriya diaqnozu təsdiqlənib.
2015-ci ildə onun 34 yaşı var idi.
Xəstəlik dünyada cəmi 101 adamda var.
Xəstələri bədəndən gələn ölmüş balıq qoxusu, soğan, nəcis iyi narahat edir.
Qadın uzun illər bunu gigiyenaya yozaraq hər saat çimmək, müxtəlif vasitələrlə xilas olmağa çalışıb.
Bu qoxu onun həyatını zəhərləyib.
İlk dəfə 7 yaşında sidiyindən balıq qoxusu hiss edən qadın işdə hər dəqiqə üzərinə dezodorant, ətir sıxsa da yenə də iş yoldaşlarının təhqirinə tuş gəlirdi.
Başqaları qoxunu hiss etməsin deyə o evə qapanıb, ancaq gecə növbəsi işləyirdi.
O bildirib ki, çiməndən sonra vəziyyət daha da pisləşirdi. Çünki dəri məsamələri açılır, qoxu daha da kəskinləşirdi.
İllərlə depressiyada olan qadına nəhayət 34 yaşında diaqnoz qoyulur. Lakin xəstəliyin effektiv müalicəsi yoxdur.
Orqanik.az