Bakının bir neçə məşhur tikilisi qırmızı rənglə işıqlandırıldı – FOTO

Bu gün saat 19:00-dan 22:00-dək Bakının bir neçə məşhur tikilisi, o cümlədən Bakının ən möhtəşəm və sirli tarixi-memarlıq abidəsi olan Qız Qalası qırmızı rənglə işıqlandırılıb.

Məqsəd diqqəti vərəmlə mübarizəyə yönəltməkdir.

Hər il Ümumdünya Vərəmlə Mübarizə Günü ilə əlaqədar dünyanın ayrı-ayrı şəhərlərində yerləşən tarixi memarlıq tikililərinin, əhəmiyyətli binaların qırmızı rəngə boyanması aksiyası keçirilir. Bununla da, vərəmdən əziyyət çəkən insanların ağrı və çətinliklərinə diqqət çəkiləcək və onlarla həmrəylik nümayiş olunub.

Ümumdünya Səhiyyə Təşkilatının qərarı ilə hər il martın 24-ü Ümumdünya Vərəmlə Mübarizə Günü kimi qeyd edilir. 1882-ci ildə alman mikrobioloqu Robert Kox ilk dəfə vərəmin törədicilərini kəşf edib. 1905-ci ildə alim tibb sahəsində Nobel mükafatına layiq görülüb.

“Global Photo Stock”un əməkdaşları işıqlandırılan tikililərin görüntülərini lentə alıb.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.