Bağırsaqlarda problem olduğunu göstərən əlamətlər

İngilis alimləri bildiriblər ki, şişkinlik, qarın ağrısı və ya qazın əmələ gəlməsinin artması həmişə bağırsaqlarda nasazlıqdan xəbər vermir.

Orqanik.az xəbər verir ki, bu barədə “The Sun” Britaniya mütəxəssislərinin məlumatlarına istinadən yazıb. Bildirilib ki, dərinin, saçın və dırnaqların vəziyyəti də mədə-bağırsaq traktında problem olduğunu göstərə bilər. Mütəxəssislərin fikrincə, əgər dəri iltihablıdırsa və qabıq verirsə, tüklər tökülürsə, dırnaqlar kövrəkləşirsə, orqanizm çox güman ki, sistematik olaraq bağırsaqların ehtiyac duyduğu qidalardan məhrum olur.

Həmçinin, bir çoxları daimi yuxululuğu, depressiya və enerji itkisini görməzdən gəlir. Lakin bu əlamətlər orqanizmin bağırsaq mikroflorasının pisləşməsinə reaksiya verdiyini göstərə bilər. (publika.az)

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.