Azyaşlı uşaqlara antibiotik verməyin pis nəticələri

Antibiotiklərin azyaşlı uşaqlara verilməsi zamanı nə kimi patologiyaların meydana çıxması barədə Kanadanın Makmaster Universitetinin alimləri uzun illər araşdırmalar aparıblar. Onların araşdırmaları hətta az miqdarda pensillin alan uşağın gələcək həyatda orqanizmində patoloji dəyişikliklər olduğunu sübut etmişdir. Araşdırmalar zamanı həm də hamilə qadınların antibiotik qəbul etdikləri zaman onların uşaqlarında əmələ gələn patologiyalar öyrənilmişdir. Araşdırmalar antibiotikin nəinki, bağırsaq mikroflorasının, hətta immunitetin də aşağı düşməsinə səbəb olduğunu meydana çıxarmışdır. Müşahidələr antibiotikin insanda aqressivliyi artırdığını və qorxu hissini azatdığını müəyyən etmişdir.  

Alimlərin bu araşdırmaları antibiotik qəbul edən azyaşlı uşaqların beynində neyrokimyəvi dəyişikliklərin getdiyini də müəyyən etmişdir.

Bu səbəblərə görə də mütəxəssislər neqativ halların baş verməməsi üçün antibiotik qəbul edən uşaqların qida rasionuna süd turşusu məhsulları – laktobasillər daxil etməyi məsləhət bilirlər. Alimlər həm də anaları azyaşlı uşaqlarına antibiotik verməkdən çəkinməyə səsləyirlər.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.