Tanınmış rusiayalı həkim-kardiocərrah professor akademik Leo Bokeriya 80 yaşı olduğuna baxmayaraq çox fəal şəkildə işləyir və ən ağır və mürəkkəb ürək əməliyyatları icra edir.
Bəzən belə əməliyyatlar hətta 10 (!) saat davam edə bilər.
Orqanik.az sizə dünyada 100 ən yaxşı cərrahların siyahısına daxil olan Leo Bokeriyanın ürəyin sağlamlığını qorumaq üçün qiymətli tövsiyələrini təqdim edirik:
– Daha az yeyin. İnsan yaşlaşdıqca bu məsləhət onun üçün daha da aktual olmalıdır. Yaş artdıqca mübadilə prosesləri zəifləyir ki, insanın qəbul etdiyi qidanın miqdarı da azalmalıdır. Əks halda bu çəkinin artmasına səbəb olacaq. Artıq çəki ürəyin əsas düşmənlərindən biridir. Ürəyin sağlamlığı üçün ən ideal variant həyatı boyu eyni çəkidə qalmaqdır.
– Spirtli içkilər yalnız istisna hallarda.
– Siqaretdən tam imtina edin. Siqaret ürəyə alkoqoldan qat-qat daha mənfi təsir edir. Siqaretdən imtina həyatı uzatmağa kömək edir.
– Şəkər və duzun istehlakını minimuma azaldın. Bu 2 məhsul ürək üçün ziyanlıdır.
– Həddindən artıq fiziki yükləmələr ürəyin sağlamlığına mənfi təsir edir. Üzgüçülük, piyada gəzintilər (gün ərzində 40 dəqiqədən az olmayaraq) ürəyin sağlamlığı üçün ən faydalı idman növləridir.
– Yuxu çox vacibdir. Yuxu zamanı ürəyə düşən gərginlik azalır, ürək dincəlir, bərpa olunur.
– Həyata pozitiv baxın. Pozitiv, həyatsevər insanlar daha çox yaşayır.
Orqanik.az