Azərbaycanda payızdan vəziyyət pisləşə bilər – Nazirlik rəsmisi

Son günlərin statistikası onu göstərir ki, dünyada koronavirusla bağlı vəziyyət pisləşməyə doğru gedir. Əvvəlcədən də proqnoz vermişdik ki, payızın əvvəlində vəziyyət pisləşə bilər. Eyni zamanda qeyd etməliyəm ki, indiyədək epidemioloji vəziyyət nəzarət altında saxlamağa nail olmuşuq.

Bu sözləri baş infeksionist Təyyar Eyvazov deyib. Mütəxəssis qeyd edib ki, dünyada koronavirusla bağlı vəziyyətin pisləşməsinin Azərbaycandan da təsirsiz ötüşməyəcək:

“Təəssüf ki, ölkədə vəziyyət pisləşməyə doğru gedir. Bu, gözlənilən hal idi. Qorunma üsulları eyni olaraq qalır, xüsusilə yaşlı insanlar, həm də onların ətrafındakılar diqqətli olmalıdır. Sosial məsafəyə diqqət yetirməli, gigiyenik qaydalara əməl etməliyik. Əlbəttə, buster dozaya qətiyyən laqeyd yanaşmaq olmaz. Mövcud peyvəndlər müəyyən qədər insanları xəstəliklərdən qoruya bilir”.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.