Azərbaycanda pandemiya ən aşağı səviyyəyə enib

“Artıq Azərbaycanda pandemiya ən aşağı səviyyəyə enib və yoluxma halı da çox azdır”.

Orqanik.az “Report”a istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən Qlobal Bakı Forumunun açılış mərasimində deyib.

Onun sözlərinə görə, dünyada bir milyard sakin hələ də peyvənd edilməyib: “Afrikada vaksin edilmiş əhali çox aşağı saydadır”.

“Vaksin edilmiş əhalinin üzərində araşdırma aparmalıyıq. ÜST bütün ölkələri səhiyyə təşkilatlarını yenidən qurmağa çağırır. Biz təbii şəkildə ortaya çıxan xəstəliklərə daim hazır olmalıyıq. Prezident İlham Əliyevin sözlərinə dəstək olaraq, beynəlxalq müqavimət üzərində işləmək lazımdır. Mən buna sessiyada çıxışımda yer verəcəyəm”, – ÜST-ün rəhbəri bildirib.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.