“Azərbaycanda meyit donorluğu ilə bağlı kifayət qədər böyük iş görülür”

Azərbaycanda meyit donorluğu ilə bağlı kifayət qədər böyük iş görülür. Təlimlər keçirilir, artıq beyin ölümü meyarları qəbul olunur.

Orqanik.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə səhiyyə naziri Teymur Musayev deyib.

Nazir bildirib ki, həmin prosesə cəlb olunan mütəxəssislərin xüsusi təlimləri həyata keçirilir.

“İnanırıq ki, qısa müddətdə koordinasiya mərkəzi beynəlxalq standartlara uyğun şəkildə öz fəaliyyətini həyata keçirməyə başlayacaq. Bizim cəmiyyətdə də digər qabaqcıl ölkələr kimi bu proses tam şəffaf şəkildə icra olunacaq”, – deyə nazir əlavə edib.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.