Yəqin ki, hamınız özünüzdə olmasa belə başqaraından ayaq tərləmə barədə şikayətlərini eşitmisiniz. Bu tərləmə ayaqda nəmlik yaratmaqla bərabər, ətrafa xoşagəlməz qoxunun da yayılmasına səbəb olur.
Ayaqlar niyə tərləyir?
İsti havada və ya fiziki iş zamanı bədənin tər ifraz etməsi normal fizioloji bir hal sayılır. Bu tərləmə vasitəsilə orqanizm istini xaricə çıxarmaqla bədənin tempraturunu aşağı salmağa çalışır. Belə tərləmələr adətən qızmar yay günlərində, ya da bədən tempraturunun yüksəldiyi zamanlarda baş verir. Amma bədənimizin elə hissələri vardır ki, havadan asılı olmayaraq daima tərləyir. Qoltuqaltı, əzələarası nahiyyə və ya ayaqlar belə hissələrə aiddir. Orqanizmin tərləməsi aşağıdakı hallarda normal funksiya daşıyır:
* əsəbləşəndə
* isti, havasız yerlərdə dayandıqda
* qızmar günəş altında
* fiziki hərəkətdən sonra
* kəskin qida qəbulundan sonra.
Əgər ayaqlar həddindən artıq tərləyirsə bu hiperhidroz – həddən çox tərləmə adlanır və müalicə tələb edir. Belə tərləməyə aşağıdakı xəstəliklər səbəb ola bilər:
* streslər, əsəbi gərginliklər
* arterial təzyiq
* qara ciyərin müxtəlif xəstəlikləri
* maddələr mübadiləsinin pozğunluqları
* endokrin pozulmalar
* qəbul edilən bəzi dərman vasitələri
* irsi meyillilik
* göbələk xəstəlikləri.
Ev şəraitində də müxtəlif vasitələrlə ayaq tərləmələrini aradan qaldırmaq mümkündür.
1. Palıd kökünü qaynadıb ayaqlarınızı vanna etsəniz, ayaq tərləməniz azalar.
2. Palıd kökünün qurusunu üyüdüb corablarınızın içərisinə səpsəniz, tər ifrazı azalar, ayaqlar iylənməz.
3. Adi suya soda töküb ayaqlarınızı vanna etsəniz, faydasını görəcəksiniz.
4. İlıq suya marqanes töküb ayaqları vanna etsəniz, ayaqlardakı tərin miqdarını azaltmaqla bərabər, iylənmənin qarşısını tamamilə ala bilərsiniz.
Orqanik.az