Diyetoloq-qastroenteroloq Marqarita Kuç çəkini azaltmağın yollarından danışıb.
Orqanik.az publika.az-a istinadən xəbər verir ki, artan qlisemik indeksinə görə yulaf “qara siyahı”ya daxil edilib. Bildirilib ki, bu, insulinin sərbəst buraxılmasına səbəb ola bilər. Şəkər və kimyəvi qatqılar vəziyyəti daha da pisləşdirir.
Bundan əlavə, krab çubuqları, kartof püresi, fitnes batonçikləri, qarğıdalı lopaları, həmçinin toz bulyonlar və şorbalar menyudan çıxarılmalıdır.
“Yeməkdən sərf etdiyiniz qədər enerji almaq vacibdir. Uzun yaşamaq, fiziki cəhətdən aktiv olmaq üçün bu qanuna əməl etmək lazımdır. Daha az alsanız, arıqlayacaqsınız, daha çox alsanız, kökələcəksiniz və bir sıra xəstəliklərə, ilk növbədə ürək-damar xəstəliklərinə tutulacaqsınız”, – həkim bildirib.
Orqanik.az