Minnesot Universitetinin alimləri araşdırıblar ki, “Günəş vitamini” insanı arıqladır və çəkini tənzimləyir.
Orqanik.az xəbər verir ki, alimlər təcrübə keçiriblər. Təcrübədə iştirak edən və artıq çəkidən əziyyət çəkən 38 adama 11 həftəlik azkalorili pəhriz təyin olunub. İştirakçılar arasında bədənində D vitamini yüksək olanlar daha çox çəki ata biliblər.
Həkim Şalamar Sibli qeyd edib ki, gələcəkdə arıqlamaq arzusunda olan insanların pəhrizinə D vitamini əlavə olunacaq. D vitaminini qəbul etməyin əsl ərəfəsi məhz yay aylarıdır. Elə ona görə də gündə qaralmaqla da istədiyiniz çəkini zövqlə əldə edə bilərsiniz. (publika.az)
Orqanik.az