Hər hansı bir səbəbdən aorta divarı zəif olan bir insanın damarının yırtılma riski daha yüksəkdir. Aorta damar yırtılmasına ən çox 60-80 yaş arası insanlarda rast gəlinir. 40 yaş altı xəstələrdə aorta yırtılmasının əsas səbəbi “Marfan xəstəliyi” və hamiləlikdir. Xüsusilə də hamiləliyin son 3 ayında aorta yırtılması riski arta bilər.
Orqanik.az Orqanik.az-a istinadən bildirir ki, ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyevin sözlərinə görə, aorta damar divarını zəiflədərək yırtılmasının səbəb olur:
– Genetik damar xəstəlikləri;
– Bəzi revmatoloji xəstəliklər;
– Marfan və ya Ehlers-Danlos xəstəliyi;
– Siqaret və ya narkotik vasitələrdən istifadə;
– Amfetaminlərdən istifadə;
– Avtomobil qəzaları;
– Hündürdən düşən zamanı döş qəfəsinin travması;
– Damar divari zəifləmiş və anevrizmazı olan şəxslərdə güclü öskürmə/asqırma.
Həkim onu da əlavə edib ki, aorta yırtılmasına ən qısa müddətdə cərrahi müdaxilə edilməzsə, ölmə riski hər saat keçdikcə artır. Müalicəsi təcili əməliyyatdır.
Orqanik.az