Alimlərdən XƏBƏRDARLIQ: Pəhriz psixi pozğunluq yaradır

Həkimlər müəyyən ediblər ki, erkən yaşda pəhrizə oturan qadınlarda qidalanma pozğunluğu və alkoqolizm riski artıb.

Orqanik.az Lent.az-a istinadən xəbər verir ki, Florida Universiteti alimlərinin apardığı araşdırmada 1340 könüllü iştirak edib.

Təcrübələr göstərib ki, qadınlar öz üzərində yaşadıqları güclü sosial təzyiqə görə arıqlamaq üçün pəhrizə müraciət ediblər. Məlum olub ki, bəzi qadınlar erkən yaşlarından pəhriz saxlamağa başlayıblar. Könüllülərin əksəriyyəti 25-26 yaş aralığında olub.

Tədqiqatın müəllifi professor Pamela Keel erkən pəhriz təcrübələri ilə problemlərin hətta kollec bitirdikdən 10 il sonra ortaya çıxdığını, pəhrizin mənfi təsirinin uzunmüddətli olduğunu iddia edib.

Bu cür sapmaların qarşısını almaqla, qida, spirt və çəki artımı ilə bağlı gələcək problemlərin inkişafının qarşısını almaq olar. Mütəxəssislər sağlam həyat tərzinə ibtidai məktəbdən başlayaraq fiziki fəaliyyət və düzgün qidalanmanı (meyvə və tərəvəz bolluğu) məsləhət görüblər.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.