Alim “omikron”un sürətlə yayılmasının səbəbini açıqlayıb

Koronavirusun omikron ştammına yoluxan şəxs bir neçə saat ərzində infeksiyanı yaya bilər.

Orqanik.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Rossiya 1” telekanalının efirində virusoloq alim Aleksandr Semyonov danışıb.

O bildirib ki, bu işin ən xoşa gəlməz halı odur ki, infeksiyaya yoluxan şəxs virusu üç-dörd gün keçdikdən sonra deyil, bir neçə saatdan sonra artıq yaymağa başlayır.

Semenov əlavə edib ki, bununla belə “omikron” bədəndən daha sürətli çıxır – təxminən bir həftə ərzində.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.