Ağızdan gələn pis qoxunun səbəbi bu imiş

Qalitoz – ağızdan gələn spesifik, pis qoxunun tibbi adıdır.
Rusiyalı qastroenteroloq həkim Şota Kalandiya bu xoşagəlməz halın mümkün səbəblərini açıqlayıb.

Orqanik.az Orqanik.az-a istinadən bildirir ki, həkim kişilərdə bu qoxunun siqaret və alkoqoldan qaynaqlandığını da bildirib. Eləcə də kəskin qoxulu qidaların yeyilməsi də bu qoxunu artırır.

Ağızdan pis qoxunun qaynaqlandığı xəstəliklərin 90% mədə-bağırsaq, ağız boşluğu və boğazla bağlıdır: kariyes, gingivit, parodontoz, boğazda badamcıq iltihabı, mədə turşuluğu, qastrit, qurd xəstəlikləri.

Əgər qalitoz dişlərlə bağlıdırsa damaq və dişlər müalicə olunmalıdır.

Boğaz, mədə yoxlanmalıdır. Profilaktika məqsədilə ağız boşluğu xüsusi gigiyena metodları ilə təmizlənməli, rasionda daha çox göyərti, tərəvəzlər, meyvələr, xoş ətirli qidalar olmalıdır. Şirniyyat, fast food və zərərli qidalar azaldılmalıdır.

Ağızdan dəmir, yod qoxusu gəlməsi ilə diabetin işarəsi ola bilər.

Ağızdan gələn pis qoxunu terapevt, stomatoloq, LOR həkim və qastroenteroloqla araşdırmaq lazımdır.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.