Ağız sağlamlığı üçün yanlış olan 5 vərdiş

Ağız sağlamlığını saxlamaq üçün müntəzəm fırçalamanın kifayət etdiyini düşünürsünüzsə, yanılırsınız. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, düzgün ağız gigiyenasının olmaması bir çox nəticələrə səbəb olur. Səbəb isə ağızın bakteriyalar üçün əsas mənbə olmasıdır. Dəqiq desək, Çikaqo Stomatologiya Kollecindəki İllinoys Universitetinin məlumatına görə, ağızda təxminən 300 növ bakteriya yaşayır.

Ağız qulluğunda doğru düşündüyümüz bəzi yanlışlar var. Bəs, bunlar nələrdir? 

Ağız qulluğu üçün edilən 5 səhv aşağıdakılardır: 

Fırçalama zamanı dişlərə həddindən artıq təzyiq 

Hər gün dişlərimizi fırçalamağımıza baxmayaraq, hamımız dişlərimizin üst qatını və ya minasını zədələmək riski ilə üzləşirik. Buna görə dişlərinizi güclü şəkildə fırçalamamalısınız.

Diş ipindən çəkinin 

Düzgün diş baxımını təmin etmək üçün keyfiyyətli diş fırçası alın və hər iki-üç aydan bir dəyişdirin. Ağız yuyucu vasitələrdən və diş ipindən istifadə edin.

Şəkərin həddindən artıq istehlakı

Ağız boşluğunun gigiyenasının pis olması şəkərin çox yeyilməsi və uzun müddət dişlərə yapışan qidalar ola bilər.

Dili qaşımaqdan imtina etmək

Dişlərinizi fırçalayarkən dil çox vaxt diqqətdən kənarda qalır. Xoşbəxtlikdən dilinizdə boşluqlar əmələ gəlmir, amma ağız qoxusunun və ağız xəstəliklərinin əsas səbəbi dildir. Dilin mütəmadi olaraq təmizlənməsi bakteriyaların, qida qalıqlarının, ölü hüceyrələrin və göbələklər, toksinlər və bakteriyalar kimi qoxuya səbəb olan maddələrin çıxarılmasına kömək edir.

Siqaret çəkmək

Bir çox insanlar siqaretin orqanizmə olan mənfi təsirlərini bilirlər. Siqaret, həmçinin ağız sağlamlığına da təsir edir. 

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.