Ağciyərləri təmizləməyə kömək edən ərzaqlar

Xaççiçəklilər fəsiləsindən olan tərəvəzlər, eləcə də karotinoidlə zəngin ərzaqlar ağciyərlərin təmizlənməsinə kömək edir. Bu ərzaqlar həm də bir çoxları üçün əlçatandır.

Yaş ötdükcə ağciyərlərin fəaliyyəti pisləşə bilər, digər tərəfdən də havada toplanan zəhərli maddələr də ağciyərə öz mənfi təsirini göstərir. Bunları nəzərə alaraq, onları təmizləyən ərzaqları rasiona daxil etmək, bu orqanın düzgün fəaliyyətini dəstəkləmək lazımdır.

AZƏRTAC bu barədə “MedikForum”a istinadla xəbər verir.

Xaççiçəklilər fəsiləsindən olan tərəvəzlər. Brokkoli, gül kələm, eləcə də daha əlçatan olan baş kələmin tərkibində olan antioksidantlar orqanizmdən zəhərli maddələrin xaric olmasını stimullaşdırır.

Karotinoidlə zəngin ərzaqlar. Karotinoidlərin qəbulu ağciyər xərçənginin inkişaf riskinin aşağı salınması ilə bağlıdır. Onlar narıncı və qırmızı rəngli meyvə-tərəvəzlərin tərkibində böyük miqdardadır.

Omeqa-3 yağ turşuları ilə zəngin ərzaqlar. Tədqiqatlara əsasən, yağ turşuları ilə zəngin olan ərzaqlar xroniki astma zamanı son dərəcə faydalı təsir göstərir.

Fol turşusu ilə zəngin ərzaqlar. İspanaq, qulançar, çuğundur və mərci ağciyər xərçənginin yaranmasına səbəb olan kanserogen maddələrin orqanizmdən kənarlaşdırılmasını fəallaşdıra bilir.

Sarımsaq. Sarımsağın tərkibində ağciyərlərdə iltihabı azaltmaq və sərbəst radikalları neytrallaşdırmaq qabiliyyətinə malik olan xeyli miqdarda allisin var.

Tərkibində C vitamini olan ərzaqlar. Portağal, qırmızı və yaşıl bibər, limon və qreypfrut, eləcə də kələm müəyyən dərəcədə ağciyərlərin düzgün fəaliyyətinə kömək edir, nəticədə bütün bədənə daha çox oksigen daxil olur. 

Orqanik.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.