Ağciyərin sağlamlığını qoruyan qidalar. Diyetoloqun tövsiyələri

Hazırda bütün dünyada ağciyəri ciddi zədələyən, tənəffüs çatışmazlığına səbəb olan koronavirus yayılıb. Belə vəziyyətdə ağciyərin sağlamlığını gücləndirmək çox vacibdir.

Bu məqsədlə ilk növbədə siqaret çəkməkdən imtina edilməlidir. Siqaret ağciyərin sağlamlığına mənfi təsir edən ilk və ən güclü amildir.

Bundan əlavə təmiz hava, xüsusi tənəffüs qimnastikası, suyun normal miqdarda (gün ərzində 1 l) qəbulu da ağciyərin sağlamlığında böyük rol oynayır. Sağlam qidalanmanın da burada rolu danılmazdır.

Orqanik.az bildirir ki, tanınmış rusyalı diyetoloq Mixail Qurviç aif.ru-ya ağciyərin sağlamlığına müsbət edən qida məhsulları haqqında məlumat verib.  

Bu məhsullar arasında:

– Kalsiumla zəngin olan qida məhsulları – ilk növbədə süd məhsulları (kəsmik, qatıq, kefir, xama), şokolad, kakao, göyərti. Kalsium ağciyərdə iltihabın riskini azaldır, iltihabı müalicə edir.

– Bütün kələm növləri. Kələmin tərkibində olan faydalı maddələr və xüsusilə nadir sulforafan maddəsi ağciyəri təmizləyir, ağciyərdə fibrozun qarşısını alır.

– Limon, itburnu, moruq, qara qarağat. Bu məhsullar nəfəs yollarına müsbət təsir edən C vitamini ilə zəngindir.

– Kərə yağı, qaraciyər, yumurta. Bu məhsulla A vitamini ilə zəngindir. A vitamini ağciyərin sağlamlığında olduqca böyük rol oynayır.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.