Ağciyəri təmizləyən qidalar

Ağciyər, həyati fəaliyyətlərimizi davam etdirə bilməmiz üçün ən əhəmiyyətli orqanlarımızdandır.

Ağciyər xəstəlikləri indiki dövrdə hava çirkliliyi və siqaret istifadəsilə böyük miqyasda yayılmışdır. Gəlin astma xəstələri və siqareti çəkənlərin həyat keyfiyyətini artıracaq və ağciyərləri qısa müddətdə təmizləyəcək möcüzəvi qidalarla tanış olaq.

EVKALİPT

Evkalipt təbii bir antibiotik olması ilə yanaşı tərkibində yağlar ehtiva edir. Bu uçucu yağlar, ağciyər infeksiyalarına qarşı yaxşı təsir göstərir, qan təzyiqini artıraraq qanın çoxalmasını təmin edir.

Öskürək siroplarında bu kimyəvi yağ istifadə edilir. Təzə evkalipt çayı bronxit xəstəliyinə qarşı yaxşı təsir göstərir.

SARIMSAQ

Sarımsaq qüvvətli bir antioksidant olması ilə yanaşı, tərkibində bol miqdarda olan alisin maddəsi ilə ağciyərləri təmizləyir. Tənəffüsə, öskürək və bronxitə qarşı yaxşı təsir göstərər.

ZƏNCƏFİL

Çox qüvvətli bir antioksidant olan zəncəfil, ağciyərləri təmizləyir. Müxtəlif toksinləri və istənilməyən hissəcikləri ağciyərlərdən çıxarmağa kömək edir. Bu səbəblə zəncəfil çayı və ya zəncəfili birbaşa olaraq yeyə bilərsiniz.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.