Ağciyər tüberklyozunun simptomları

Ağciyər tüberklyozu – dünyadakı ən çox yayılmış yoluxucu xəstəliklərdən biridir. Ölkəmizdə bu xəstəlik ciddi və qorxulu hal kimi qəbul edilir, bu səbəblərdən xəstəliyin simptomlarını müəyyənləşdirmək və müalicəyə mümkün qədər tez başlamaq çox vacibdir.

Xəstəliyin erkən mərhələlərində müalicənin aparılması, sağalma prosesində daha tez effekt alınmasına yardım edir.

Xəstəliyə tutulma zamanı ilk “təhlükəli” simptomlar 3 həftə və ya daha uzun müddət davam edən, davamlı öskürək və ya müəyyən qısa müddətdə əsassız çəki atmaq göstərilir.

Həmçinin də bu simptomlar arasında – şiddətli yorğunluq və zəiflik, bədən istiliyinin artması, gecə yuxusu zamanı tərləmə, iştahanın itirilməsi, döş qəfəsində ağrı və narahatlıq, daimi nəfəs darlığı və ya qanlı öskürək daxildir.

Tüberklyoz diaqnozunun əsas və asan üsulu “Mantı” testi hesab olunur, analizin pozitiv çıxması daha dərin müayinəyə ehtiyac olduğunu göstəmiş olur.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.