Ağcaqanad sancması ölümə səbəb ola bilər?

Ağcaqanad təhlükəli həşərat sayılmiz. Arı və xüsusilə də eşşək arısı ilə müqayisədə ağcaqanad sancmaları insana narahatlıq versə də əksər hallarda ciddi fəsadlara səbəb olmur.  

Orqanik.az aif.ru-ya istinadla bildirir ki, rusiyalı terapevt İrina Doljkovanın sözlərinə görə, çox nadir hallarda olsa da ağcaqanad sancması insanda ağır allergik reaksiyaya və hətta ölümə səbəb ola bilər.

Bu nə zaman mümkündür? Allergiyaya meylli insanlarda ağcaqanad sancması güclü allergik reaksiyaya o cümlədən Kvinke ödemi və anafilaktik şoka gətirib çıxarda bilər.

Bu səbəbdən ağcaqanad sancmasından sonra sizdə səpki, ödemlər, nəfəsalmanın çətinləşməsi, başgicəllənmə kimi simptomlar əmələ gəlibsə, dərhal təcili yardım çağırın.  

Həmçinin nadir hallarda olsa da ağcaqanad sancması zamanı orqanizmə daxil olan infeksiya septik şoka səbəb ola blər. Məhz ağcaqanad sancmasından sonra inkişaf etmiş septik şok bu ilin iyilun əvvəlində Böyük Britaniya vətandaşı olan Oriana Pepperin ölümünə səbəb olub.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.