Adi tərəvəz 2 ən yayılmış xərçəng növündən qoruyur

Londonun Frensis Krik universitetinin alimləri mədəni xərçəngdən qoruyan maddə tapıblar.

Olke.Az xəbər verir ki, adi ağ kələm, kolrabi və gül kələmin tərkibində olan maddə bağırsağın və mədənin mikroflorasını normallaşdırır, düz və yoğun bağırsaqda xərçəngə səbəb ola bilən mikrobların yaranmasının qarşısını alır.

“Bu kəşf optimizm üçün böyük əsasdır. Biz xərçəngə səbəb olan genetik faktorları dəyişə bilmərik. Digər tərəfdən biz onların təsirini azalda bilərik. Bunun üçün isə düzgün pəhriz və qidalanma lazımdır”, – deyə alim Gitta Stokinger bildirib.

Son illər alimlər insan orqanizmində xərçəngə səbəb olan bir sıra mikroblar kəşf ediblər. Məsələn, “Heliobacter pylori” və “Streptococcus gallolyticus” mikrobları mədə və düz bağırsaq xərçənginin yaranmasına səbəb olan əsas mikroblardır.

Stokinger və həmkarları müəyyən ediblər ki, bu mikroblardan mədəni qorumaq mümkündür. Bunun üçün isə müxtəlif ərzaq məhsulları tədqiq edilib. Siçanlar üzərində aparılan təcrübə sübut edib ki, kələmin tərkibində olan bəzi maddələr artıq mövcud bədxassəli şişin inkişafını ləngidib, siçanları düz bağırsaq xərçəngindən qoruyub.

Eyni zamanda bu maddələr mədənin iltihabını azaldıb, mikrofloranı yaxşılaşdırıb.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.