ABŞ istehsal etdiyi peyvənddən istifadəni məhdudlaşdırır: Həyat üçün potensial təhlükə

Amerikalı mütəxəssislər ölkənin “Johnson & Johnson” (J&J) şirkətinin yeni koronavirusa qarşı peyvəndinin istifadəsini məhdudlaşdırıblar.

Orqanik.az oxu.az-a istinadən xəbər verir ki, onlar preparatın istifadəsinin qanın laxtalanma riskini artıra biləcəyini müəyyən ediblər.

Peyvəndin fövqəladə hallar zamanı istifadəsi ilə bağlı bundan əvvəl verilmiş təsdiqinin mətni dəyişdirilib. Yeni təlimatlara əsasən, 18 yaşdan yuxarı amerikalılar ABŞ tərəfindən təsdiqlənmiş digər oxşar peyvəndlərə çıxışı olmayanda və ya tibbi səbəblərdən istifadə edə bilməyəndə bu peyvənddən istifadə etməlidirlər.

Mütəxəssislər müəyyən ediblər ki, J&J-nin dərmanını istifadə etdikdən sonra bir və ya iki həftə ərzində müəyyən şərtlər altında qan laxtalanması riski arta bilər ki, bu da “həyat üçün potensial təhlükə yaradır”. Belə halların çox nadir olduğu da bildirilib.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.