ABŞ-ın vitse-prezidenti Kamala Harrisin koronavirus testinin cavabı müsbət çıxıb.
Bu barədə “Associated Press” (AP) Ağ Evə istinadən xəbər verir.
Qeyd olunub ki, o xəstəliyi yüngül forma keçirir. Ağ Ev qeyd edib ki, son günlərdə nə ABŞ prezidenti Cozef Bayden, nə də həyat yoldaşı Kamala Harrislə birbaşa əlaqə qurmayıb.
ABŞ-ın vitse-prezidenti özünü təcrid edərək uzaqdan işləməyə davam edəcək.
Orqanik.az