Vitamin çatışmazlığı bir çox xəstəliklərə səbəb olur. B12 çatışmazlığı anemiyaya səbəb olarkən, D vitamini çatışmazlığı yorğunluğa və daimi zəifliyə səbəb ola bilər. Fiziki və ruhi sağlamlığı qorumaq üçün vitaminləri düzgün və uyğun miqdarda qəbul etmək vacibdir.
Orqanik.az lent.az-a istinadən xəbər verir ki, bədənin bütün orqan və sistemlərinə təsir edən vitaminlərin qeyri-kafi qəbulu müxtəlif simptomlara səbəb olur.
Əgər orqamizmdə A vitamini çatışmazlığı varsa, bu zaman görmə pozğunluqları, quru dəri, saç və dırnaqların qırılması baş verir. İnfeksiyalara qarşı müqavimət azalır və yorğunluq yaranır. Dodaqlarda yaralar və dilin qızartıları var.
A vitamini qaraciyərdə saxlandığı üçün qeyri-kafi qəbul olunduqda əvvəlcə qaraciyərdə ehtiyatlar azalır, sonra isə qanda miqdarı azalır.
A vitamini çatışmazlığında görmə problemləri tez-tez baş verir. Gecə korluğu, gözün parlaqlığını itirərək həddindən artıq quruması, göz yaşının kifayət qədər ifraz olunmaması bu problemlərdəndir.
Bundan əlavə, A vitamini də immunitet sistemində rol oynadığından, onun çatışmazlığı halsızlığa səbəb ola bilər və infeksiya riskini artıra bilər. Uzun müddət A vitamini çatışmazlığı bədəndə geri dönməz sağlamlıq problemlərinə səbəb ola bilər.
Orqanik.az