Öpüşmək immun sistemi aktivləşdirir, hüceyrələri gənc saxlayır.
Orqanik.az Orqanik.az-a istinadən bildirir ki, bunu Rusiyanın Metobolik və endokrin pozulmalar laboratoriyasının baş elmi əməkdaşı, həkim endokrinoloq Yekaterina İvanikova bildirib.
O, öpüşün 5 faydasını əsaslandırıb.
– Öpüşmək iki insan arasında bakteriya və virus mübadiləsini aparır, yəni bir orqanizm digərindəki bakteriyaları tanıyır, yerli immunitet yaranır. Yad bakteriyalarla qarşılaşan orqanizm A immunoqlobulin sintezini artırır. Bu da insanı möhkəmləndirir. Öpüşmək immunitet üçün məşqdir. Amma burda əsas şərt öpüşdüyünüz insanın QİÇS, hepatit olmamasıdır.
– Əhvalı qaldırır, depressiyaya və stresə qarşıdır. Dodaqların 1 sm yuxarı sahəsində 200 sinir ucu yerləşir. Bu hissəyə istənilən toxunuş insana həzz verir. Qucaqlaşma və öpüş zamanı dofamin hormonu hasil olur.
– Ailədə münasibətləri möhkəmləndirir
Dofamin razılıq və müsbət əhval hormonudur. Cütlüklərdə hər dəfə bu hormon artdığı üçün onların bir-birinə hissləri yaxşılaşır, ailə bağları möhkəmlənir, mübahisəyə zəmin yaranmır, problemlər tez həll olunur. İki insanın dodaqları bir-birinə toxunanda digər Oksitoçin adlı hormon sintez olur, bu da cütlük arasında emosional bağlılıq yaradır.
Ailəsində narazılıq, soyuqluq olan cütlüklər arasında öpüşün çoxdan unudulduğunu təxmin etmək olar.
– Bədən fiqurasını saxlamağa kömək edir, kokəlməyə qoymur. Çox öpüşən insanların şirniyyata marağı azalır, beyin həzz üçün əlavə yeməyə siqnal göndərmir.
– Ağrıkəsici təsir edir
Baş ağrısının, hətta bel ağrısının dərmanıdır. Çünki öpüş zamanı endorfinlər hasil olur. Xəstələnəndə, əməliyyatdan sonra mütləq öpüşü sınamaq lazımdır.
– İnsanı cavan saxlayır, dəridə qırışlara mane olur
– Öpüş zamanı insanın üz əzələləri hərəkət edir, eləcə də relaks baş verir. Bu isə masaj və gözəllik iynələrinə bərabərdir.
Orqanik.az