Arıqlamağın ən asan yolu

İngiltərənin Hatfild şəhərinin 36 yaşlı sakini Alan Pender pendir yeyərək 28 kiloqram arıqlayıb.

Orqanik.az xəbər verir ki, bu barədə “Daily Express”məlumat yayıb. Bildirilib ki, Alan əvvəllər hər gün kalorisi təxminən dörd min olan və qlütenlə zəngin qidalar yeyib. Bundan əlavə, o, müntəzəm olaraq spirtli içki içib.

COVID-19 pandemiyası zamanı Pender evdə qalmağa və az hərəkət etməyə başlayıb ki, bu da çəkisinin 107 kiloqrama qədər artması ilə nəticələnib. Həddən artıq kökəldiyini görən kimi, qlüteni pəhrizdən çıxarmaq qərarına gəlib və keto pəhrizə – minimum karbohidratlı qidalanmaya keçib.

Səhər yeməyində Alan 200 qram sərt pendir ilə kifayətlənib, 250 qramlıq bir neçə dilim pendirdən ibarət naharı da hər gün özü ilə işə aparıb, axşam yeməyində isə həyat yoldaşı ilə bir stəkan su içərək bir boşqab pendir yeyib.

“Bir boşqabda təxminən 1,2 kiloqram pendir olurdu, mən və həyat yoldaşım bu miqdarın öhdəsindən asanlıqla gələ bilərik. O da mənim qədər yeyir”, – Alan qeyd edib.

İndi Alanın çəkisi 79 kiloqramdır. O, müəyyən edilmiş pəhrizə riayət etməyə davam edir və mütəmadi olaraq idman zalında məşq edir. Alan etiraf edib ki, çoxlu yağ yemək sağlamlıq problemlərinə səbəb ola bilər, lakin dayanmaq fikrində deyil. “Biz bundan heç vaxt yorulmayacağıq. Eşitdim ki, pendir yedikdə, A sinfi narkotiklər kimi eyni dərəcədə asılılıq yaradan narkotik ayrılır”, – Alan əlavə edib.

O, əlavə edib ki, aşpaz işləyən həyat yoldaşı bəzən tərəvəzli balıq və ya ət bişirir. Bununla belə yenə də pendir sousundan istifadə edirlər. (publika.az)

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.