Hamiləlik zamanı nefropatiyaya düzgün müalicə və nəzarət edilmədikdə preeklampsiya baş verir.
Hamiləlik preeklampsiyası zamanı mərkəzi sinir sisteminin fəaliyyətinin, beyin qan dövranının pozulması, beyin ödemi, kəllədaxili təzyiqin yüksəlməsi əlamətləri meydana çıxır. Bu zaman hamilələrdə aşağıdakı əlamətlər meydana çıxır:
– baş ağrısı
– ənsə nahiyyəsində ağırlıq hissi
– süstlük
– ümumi narahatçılıq
– mədə nahiyyəsində ağırlıq
– ürəkbulanma
– qusma
– görmə qabiliyyətinin pozulması
– üzün dərisinin qızarması
– burun və dodaqların sianozu
– arterial təzyiqin artması.
Preeklampsiya bəzən ağırlaşaraq beyinə və başqa mühüm orqanlara qansızma verir və eklampsiyaya keçir. Eklampsiya zamanı ciftin vaxtından əvvəl ayrılması və başqa ağırlaşmalar baş verə bilir. Bu ağırlaşmalara bətndaxili hipoksiya, dölün doğuşa qədər və doğuşdan sonra məhv olması aiddir. Eklampsiya tutmaları 1-2 dəqiqə davam edir və 4 mərhələdə keçir. Tutmaların başlanmasının ilk əlaməti baş ağrılarıdır.
Eklampsiyanın baş verməməsi üçün hamilə qadın stasiona yerləşdirilməli və daima nəzarət altında olmalıdır. Bu zaman hamilə qadını qaranlıq otaqda və səs-küydən uzaq saxlamaq lazımdır. Hamilə qadına müalicə ilə bərabər duzsuz pəhriz və mayenin miqdarının azaltması məsləhət görülür.
Orqanik.az