Üzüüstə yatmaq Altsheymer xəstəliyinin inkişafına təkan verə bilər. Bu barədə “Sputnik.ru” radiosuna nevroloq-somnoloq Yelena Tsareva danışıb.
O bildirib ki, üzüüstə yatmaq qan dövranının pozulmasına səbəb olur.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, həkimin sözlərinə görə, bütün nöqteyi-nəzərdən üzüüstə yatmaq arzuolunmazdır: “Eyni zamanda, onurğa sütunu fizioloji vəziyyətdə deyil: bəzi əzələlər çox uzanır, həm də boyunda ağrılara səbəb ola bilər. Bundan əlavə, üzüüstə yatarkən gün ərzində yığılan zərərli metabolik məhsulların xaric olunması dayanır. Əgər onlar uzun müddət bədəndə qalsalar, bu, Altsheymer xəstəliyinin inkişafına səbəb ola bilər”.
Həkim qeyd edib ki, ən faydalı və fizioloji vəziyyət yan tərəfə yatmaqdır. Bu, metabolizmin sürətlənməsinə yol açacaq:
“Sol tərəf üçün yeganə problem odur ki, ürək-ağciyər çatışmazlığı olan insanlar üçün çətin olacaq. Belə olan halda bu nahiyəyə daha çox yük düşəcək”.
Orqanik.az