Baş ağrılarının səbəbləri çoxdur. Lakin əksər hallarda baş ağrılarının səbəbi gərginlikdir.
Əksəriyyətimiz baş ağrıları zamanı müxtəlif ağrıkəsici dərmanlara üz tutur. Ağrıkəsicilərin tez-tez və nəzarətsiz qəbulu isə çox təhlükəlidir və qaraciyər, böyrək və digər orqan və sistemlərə ciddi ziyan vurur.
Bu səbəbdən baş ağrıları sizi tez-tez narahat edirsə, onlardan təbii vasitələrlə mübarizə etməyə çalışın.
Orqanik.az xarici KİV-lərinə istinadla bildirir ki, maqneziumla zəngin olan qidalar damar daralması nəticəsində əmələ gələn baş ağrıları ilə uğurla mübarizə aparır. Bu qidalar tez-tez istifadə olunan “no-şpa” dərmanı kimi təsir edir.
Maqneziumla zəngin olan qidalar bunlardır: keşyu, qarabaşaq, badam, ərik qurusu, banan, günəbaxan tumlar.
Baş ağrılarının digər yayılmış səbəbi orqanizmin susuzlaşmasıdır. Suyu az içən insanlar baş ağrılarından tez-tez əziyyət çəkir. Onlar gün ərzində içilər suyun miqdarını artırdıqda baş ağrıları da özü-özündən azalır.
Baş ağrılarından xilas edən digər effektli təbii vasitə adi şirin çaydır.
Gərginliklə bağlı olan baş ağrıları zamanı nanə dəmləməsi də çox yaxşı kömək edir. 1 çay qaşığı quru nanəni 1 fincan qaynar suda dəmləyin, bir qədər soyuyandan sonra çaya limon və bal əlavə edib için.
Mütəxəssislər qeyd edir ki, süd məhsulları da (süd, qatıq, yoqyrt, kəsmik) baş ağrılarını azaltmaq xüsusiyyətə malikdir.
Qadınlarda baş ağrılarının səbəbi estrogenlərin düşməsi ilə bağlı ola bilər. Bu xüsusilə klimaks dövründə və klimaksdan sonra baş verir. Belə halda qidalanmaya fito-estrogenlərlə zəngin olan qidaları əlavə etmək lazımdır. Bunlara soya, lobya, küncüt və kətan toxumları, alma, zeytun yağı aiddir.
Orqanik.az