Qulaqda zəng, uğultu, küy əsasən 60-70 yaşlı insanlar arasında yaşlanma və beyin qan dövranı pozulması ilə bağlı yaranır.
Lakin son zamanlar gənclər və orta yaşlı insanlar qulaqda getməyən küydən şikayətlənir.
Orqanik.az Orqanik.az-a istinadən bildirir ki, tinutis adlanan bu sindromu oyadan triggerlər müxtəlif ola bilər.
Ən birinci səbəb, insanın özünün xəbəri olmayan yüksək təzyiqdir. Bir neçə dəfə təzyiq yüksəlir, bu zaman başda küy əmələ gəlib keçir. Əgər qəfildən qulaqda küy, zəng kimi səs yarandısa, dərhal təzyiqi ölçün.
Çox zaman baş beyində damarların işinin pozulması nəbzvari tinnitusa səbəb olur. Onu hətta həkim də hiss edə bilir.
İkinci səbəb infeksiyalardır. Otit, qrip və koviddən sonrakı fəsadlar qulaq içi barabanın keçiriciliyini pozur.
Adətən qulağı antibiotiklərlə müalicə etdikdə səs də itir.
Digər daha çətin diaqnoz olunan səbəblər Menyer sindromu, fibromialgiya, nevroz, Laym xəstəliyi və s.-dir.
Əgər səbəb dəqiq məlum olmasa, müalicə effekt vermir. İlk növbədə LOR həkimə müraciət edilir, o qulaq və eşitməni yoxlayır.
Daha sonra isə nevroloq müalicə yazır.
Əgər həm başda, həm qulaqda küy varsa, xəstə başgicəllənmədən də şikayətlənirsə, bu təzyiq və qan damarları ilə bağlıdır.
Orqanik.az