Səhiyyə Nazirliyi son günlər əhali arasında yayılan virusun adını açıqlayıb.
Orqanik.az Orqanik.az-a istinadən bildirir ki, qastroenteroloq Emin Məmmədov bu barədə məlumat verib.
“Bu kimi şikayətlərlə bizə müraciət edənlərin heç də hamısını müayinədən keçirə bilmirik, çünki çox vəsait tələb edir. Həmin simptomlar böyük ehtimal virus mənşəli infeksiya olan rotavirusdur. Pasiyentlərə məsləhət görürük ki, bu halda antibiotik terapiyadan uzaq dursunlar.
Tövsiyə edirəm ki, sadalağımız hallarda yalnız bol maye qəbul etsinlər, süd məhsulu və kofein qəbulunu dayandırsınlar. Çünki həmin infeksiyanın stabilləşməsi təxminən 5-7 gün çəkir. Əgər həmin müddətdən sonra düzəlmə olmasa, onda mütləq şəkildə həkimə müraciət edilsin”.
Orqanik.az