Kəsmiyin faydaları

Kəsmik – insan orqanizmi üçün faydalı qidalardan biri olan, qatılaşmış süd məhsuludur. Kəsmiyin tərkibində zülal, yağ və süd şəkəri ilə yanaşı əvəz olunmayan çoxlu metionin və  amin turşuları, kalsium, fosfor, dəmir, maqnezium və s. vardır. Yağlılığına görə kəsmik yağlı (ən azı 18%), yarım yağlı (9%), yağsızlaşdırılmış (0,6%) növlərə bölünür.
Kəsmiyin tərkibinin heç bir toxuma, hüceyrə quruluşu yoxdur və bu da onu balıq, ət və quş kimi heyvan qidalarının zülal mənbələrindən fərqləndirir. Kəsmik “dənəcikləri” orqanizmdə asanlıqla sovrulur və demək olarki tamamilə həzm olunur.
Bu məhsul orqanizmdə xolesterolun səviyyəsini azaldır. Ən əsası isə o, orqanizmin güclü toksinlərin və ya müəyyən dərman preparatlarının təsirinə məruz qaldığı zaman qaraciyərdə yağlanmanın qarşısını alır.
Amin turşularından (zülal) əlavə, kəsmik (xüsusilə A, E, F, B2 B6 və B12) fol turşusu, kalsium, dəmir, natrium, maqnezium, mis, sink, fosfor və flüor duzları kimi vitaminləri ilə zəngindir. Məhz buna görə də, kəsmik asanlıqla həzm olunur. Hamilə qadınlar və südverən analar kəsmikdən yaxşı kalsium və digər mikroelementlər mənbəyi tapa bilməz. Körpələrə 5-7 aydan artıq kəsmik vermək məsləhət görülür. Kəsmik orqanizmin toxumalarının böyüməsi və bərpası üçün lazımlıdır. Ən əsası da sümük toxumaları üçün əvəzsizdir. Eləcə də sinir sistemi, ürək və qan dövranı üçün xeyirlidir.
Kəsmik bir qida məhsulu kimi uşaqlarla yanaşı yaşlılar üçün də lazımlıdır. Qaraciyər xəstəlikləri, ateroskleroz və hipertoniya müalicəsi zamanı olan pəhriz siyahısına daxildir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.