Dərinin gözəl və sağlam olmasında qidalanmanın rolu böyükdür. Məlumdur ki, insana 5 qrup qida rasionu lazımdır. Bura zülallar, karbohidratlar, yağlar, vitaminlər və mineral duzlar aiddir.
Üzün dərisinin yaxşı olmasında meyvə və tərəvəzlərin bol qəbul edilməsinin rolu çox böyükdür. Meyvə və tərəvəzlərdən başqa orqanizm külli miqdarda vitaminlər, mikroelementlər, qlükozidlər, mineral duzlar və s. qiymətli maddələr alır. Onu da qeyd etmək lazımdır ki, orqanizmdə bu maddələrin çatışmazlığı xəstəliklərə səbəb ola bilir. Məsələn, bədəndə A vitamini çatmadıqda dəri quru və kobud olur, elastikliyini itirir, əllərin və ayaqların dərisi çatlamağa meyilli olur. Qida rasionunda A vitamininin bol olması dərinin gözəlləşməsinə səbəb olur.
A vitamini yerkökü, qovun, pomidor,ispanaq, göy noxud, ərik və həmçinin balıq yağı, kəsmik, qaraciyər və yumurtada olur.
B qrup vitaminlər dəridə gedən karbohidrat, zülal və piy mübadiləsində iştirak edir. Orqanizmdə bu vitaminlərin çatışmazlığı başın tüklərinin tökülməsinə və böyüməməsinə, dəridən müxtəlif xəstəliklərin əmələ gəlməsinə səbəb olur.
B qrup vitaminlıər süddə ,qaraciyərdə, qara çörəkdə, qozda, göbələkdə, xəmirdə, pendirdə və tərəvəzdə daha çox olur.
C vitamini dəridə əmələ gələn zədələrin tez sağalmasına və qocalmanın qarşısının alınmasına səbəb olur.
C vitamini qarağatda, kartofda, duzlu kələmdə, limonda, yemişanda, həmçinin meyvə və giləmeyvədə daha çox olur.
Əgər üzünüzün dərisinin həmişə təravətli olmasını istəyirsinizsə çoxlu çiy tərəvəz və tərəvəzli qidalar yeyin.
Tərkibində C vitamini olan məhsullardan hazırlanmış yeməyi süfrəyə verilən zaman bişirmək lazımdır.
Orqanik.az