Səhər yeməyi süfrələrimizin əvəzolunmazlarından biri olan bal şəfa mənbəyi olaraq möcüzəvi qidalar arasındadır. Təbii bal hər nə qədər faydalı olsa da, hər keçən gün satışa çıxarılan ballar da bir o qədər təhlükəli olur. Ancaq evdə tətbiq edəcəyiniz bəzi üsullarla aldığınız balın təbii ya saxta olduğunu öyrənə bilərsiniz. Evdar.az saxta balı təbii baldan ayırmağın yollarını təqdim edir.
İÇİNDƏKİLƏR
Saxta balı necə tanımaq olar?
İstehsalda geniş istifadə olunan qatqı maddələri əlavə olunmuş saxta ballar insan sağlamlığına təhlükə yaradır. Bunları ayırd etməyin bir çox yolları var.
Qablaşdırmaya baxın
Marketlərdəki bal bankalarının üzərində “bal kodeksinə uyğundur” yazısının olmasına diqqət edin. Bundan əlavə tərkibinə baldan əlavə qlükoza, qlükoza siropu, fruktoza siropu və şəkər kimi maddələr varsa o balın qatqılı olduğunu anlaya bilərsiniz.
Xarlanma (kristallaşma)
Aldığınız balı evdə saxladıqda bankanın dibindən xarlanmasını müşahidə etmisinizsə saxta olma ehtimalı aşağıdır. Xüsusilə soyuducuda 30 gün qaldıqda bal kərə yağı konsistensiyasını ala bilər.
Rəng
Saxta balın rəngi çox vaxt təbii baldan daha açıq görünür. Açıq rəng balı almamaq məsləhətdir. Ancaq hər tünd rəng bal təbii bal deyil. Saxta bal istehsalçıları bir sıra qatqı maddələri əlavə edərək saxta balın da tünd rəng alması üçün əlavələr edirlər.
Qoxu
Həqiqi balın qoxusu yoxdur. Balı iylədiyinizdə qoxu ala bilirsinizsə qatqılı olduğu deyilə bilər. Ancaq hər qoxusuz bal da həqiqi deyil. İstehsalçılar bir sıra maddələrlə saxta balların da qoxusunu basdıra bilərlər.
Süzüldükdə Uzanırsa
Təbii balı qaşıqla götürdüyünüzdə fasiləsiz kəsilmədən uzanır. Əgər qatı bir şəkildə birbaşa qaşığa ala bilirsinizsə balın saxta olduğunu söyləmək olar..
İlıq Su Testi
İlıq bir suya 1 xörək qaşığı bal tökün və gözlədin. Bal təbiidirsə tökdüyünüz şəkildə qalacaq, qatqılıdırsa suda həll olunacaq.
Kağız Dəsmal Testi
Kağız dəsmalın üzərinə 1 xörək qaşığı balı tökün. Əgər kağız dəsmal balı özünə çəkib hopdusa deməli saxta baldır.
Yanma Testi
Bir çöp şişin üstünə pambıq bağlayıb bala batırın. Batırdığınız balı ocağa tutduğunuzda yanmağa başlayırsa böyük ehtimalla təbii baldır.
Analiz Etdirmək
Yuxarıdakı üsullar həqiqi və saxta balı ayırd etmək üçün ən çox istifadə edilən üsullar olsa da, ən etibarlı üsul balı qida mütəxəssisləri tərəfindən laboratoriyada analiz etdirməkdir.