Bu məsləhətlər sağlam olub normal cinsi həyat yaşamağa baxmayraq hamilə qalmayan cütlüklərə aiddir.
1. Bəzən qadın hamilə qalmayanda onun fikri yumurtahüceyrələrinin (ovulyasiya) yetişmə dönəmində qalır. Onlar hamilə qalmaq istədiklərinə görə həsrətlə bu günü gözləyir və diqqətlərini bundan yayındıra bilmirlər. Bu səbəbdən də onların sinir sistemi cinsi enerjilərini azaldır. Buna görə də onların hamilə qalmaq şansları aşağı düşür. Mütəxəssislər sağlam olub hamilə qala bilməyən qadınlara fikirlərini yayındırmağı və ovulyasiya günlərində başqa şeylər barədə düşünməyi məsləhət bilirlər. Çünki özlərini gündəlik iş qayğılarına həsr edən qadınların hamilə qalmaq şansları daha üstün olur.
2. Hamilə qala bilməyən qadınların cinsi əlaqəyə girməyi sevişməkdən ön plana keçir. Mütəxəssislər cinsi əlaqəyə girməzdən əvvəl sevişmənin çox olacağı tədqirdə hamilə qalmaq şansının da çox olacağını qeyd edirlər.
3. Ərinə güvənən qadınların hamilə qalma şansı daha çox olur. Bu səbəblərdən də mütəxəssislər ata olmaq istəyən kişilərə qadınlarının əllərindən tutmağı, saçlarını tez-tez sığallamağı və onlara sarılaraq güvən hissi yaşatmağı tövsiyə edir.
4. Diqqətini hamilə qalmağa yönləndirən qadın seksdən ləzzət almır. Seksin ruhsuz və duyğusuz olması hamiləliyin baş verməsinin qarşısını ala bilər. Bu səbəbdən də çalışın əvvəlcə bir-birinizi sevin, sonra uşaq haqqında düşünün.
5. Tox qarına sekslə məşğul olduqda qarında olan köpmə hissi seksə olan həvəsi azaldır. Çox yemək yedikdə bağırsaqlarımız hormonlarımızın diqqətini bağırsaqlarımıza yönəldir. Bu səbəbdən də mütəxəssislər tox qarına sevişməyi məsləhət bilmir.
6. Bəzi qadınlar hamilə qalmaq üçün cinsi əlaqədən sonra ayaqlarının yuxarı qaldırırlar. Amma mütəxəssislər seksdən sonra yenə də sevişmənin hamilə qalmağa daha çox yardım etdiyini qeyd edirlər.
7. Hamilə qalmağa çalışmaq məqsədilə sekslə məşğul olmaq seksdən kef almağın qarşısını alır. Bu səbəbdən də mütəxəssilər cinsi əlaqədə olan və əlaqə zamanı zamanın dəyərini bilməyi və qiymətləndirməyi məsləhət bilir və bunu bir iş olaraq düşünməməyi tövsiyə edirlər.
Orqanik.az