Avstraliyada yüz yaşlı qadın yubileyini qeyd edib və uzunömürlülüyünün sirrini bölüşüb.
Kvinslend ştatının Rokhempton şəhərindən olan Coys Marl 13 fevral 2022-ci ildə əlamətdar hadisəni qeyd edib. Uzun ömrü boyu avstraliyalı Brisbendəki Kvinslend Vergilər Departamentində, veteranlara kömək etmək üçün könüllü təşkilatda çalışıb, həmçinin doğma məktəbində müəllim işləyib.
Marl uşaqlıqdan aktiv həyat tərzi keçirib. Gəzintilərə üstünlük verib, rəqs edib, tennis və boulinq oynayıb. Lakin qadın uzunömürlülüyün sirrini istənilən hallara sakit münasibətdə olduğunu bildirib. O, ürəyində heç nə saxlamamağı və hər günü sonuncu gün kimi yaşamağı tövsiyə edib.
“Bəlkə də heç vaxt olmayacaq hadisələrə görə narahat olmayın”, – deyə qadın öz həyat devizini açıqlayıb.
Təqaüdçü hər zaman ona dəstək olan üç övladını, üç nəvəsini və altı nəticəsini əsas dəyər adlandırıb.
Orqanik.az