90% hallarda koronavirus belə müalicə olunur – Təmiz hava, maye…

Tanınmış rusiyalı tele-həkim Aleksandr Myasnikov bildirib ki, koronavirus 90% hallarda ev şəraitində çox sadə vasitələrin köməyi ilə müalicə olunur.

“Ağır simptomlar yalnız 10% hallarda inkişaf edir. Bu insanlar xəstəxanada müalicə almalıdır. Qalan 90% evdə qalmalı və evdə müalicə almalıdır” – həkim bildirdi.

Orqanik.az Rusiya KİV-lərinə istinadla bildirir ki, həkimin sözlərinə görə, ev şəraitində aparılan müalicənin əsas məqsədi orqanizmə infeksiya ilə mübarizədə kömək etməkdir.  

Həkim koronavirusdan sağalmağın reseptini bölüşdü: “Nəzərə alsaq ki, koronavirusu müalicə edən dərman yoxdur, müalicə sadəcə təmiz hava (evin havalandırılması), bol maye, qızdırma qalxanda parasetamol və sağlam qidalanmadan ibarət olmalıdır”. 

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.