Şəkərli diabetin yaranmasına səbəb olan faktorlardan biri də uzun müddətli stresdir.
Həkim kardioloq German Gandelman “Jit zdorovo” verilişində stresin diabetlə əlaqəsini izah edib.
“6 aydan çox stres vəziyyətində olan insanlarda diabet riski 2-3 dəfə yüksəkdir, nəinki stabil psixikası olanlarda.
Stres varsa, onu azaltmaq, xilas olmaq barədə vaxtında tədbir görmək lazımdır.
Stresdən tənəffüs hərəkətləri, yoqa, idman, psixoloq köməyilə çıxmaq olar.
Eləcə də bağırsaq mikroflorasını tənzimləyin. Kefir, yoqurt, probiotiklər qəbul edin.
Mütəxəssislərin açıqlamasına görə, probiotik qəbul edənlərdə stresə davamlılıq yüksək olur.
Qeyd edək ki, bundan əvvəl Gandelman stresin xərçəngə də səbəb olduğunu demişdi.
Orqanik.az